Ərdoğan Türkiyədə kütləvi peyvəndin başlayacağı vaxtı açıqladı
Yanvar 12
02:28
2021
Türkiyədə yeni koronavirusdan peyvənd prosesi bu həftənin sonunda başlanacaq.
"Report” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin iclasının nəticəsinə görə keçirilən brifinqdə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
"COVID-19-a qarşı peyvənd prosesinə müəyyən edilmiş qaydaya uyğun olaraq cümə axşamı və ya cümə günü başlayacaqlar", - dövlət başçısı deyib.