Güləşçilərimiz AÇ-yə 4 medalla başladı
Mart 09
01:21
2022
Bolqarıstanın Plovdiv şəhərində keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatının ikinci günündə 4 idmançımız medal qazanıb.
Qaynarinfo xəbər verir ki, 130 kq çəki dərəcəsində yarışan Sərxan Məmmədov və 87 kq üzrə mübarizəyə qoşulan Laçın Vəliyev bürünc medalla kifayətlənib. Mübarizəyə 1/4 finaldan qoşulan Ziya Babaşov (63 kq) isə Avropa çempionatının gümüş medalına sahib çıxıb.
77 kq dərəcəsində yarışan Xasay Həsənli isə qarşısına çıxan bütün rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıb.
Beləliklə, yunan-Roma güləşçilərimiz U-23 Avropa çempionatının 2-ci gününü 4 (1 qızıl, 1 gümüş və 2 bürünc) medalla başa vurub.