Gürcüstanın Azərbaycana borcu azalıb
Mart 14
12:00
2022
Bu il martın 1-nə Gürcüstanın Azərbaycana borcu 3,721 milyon ABŞ dolları təşkil edib.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilir.
Sənədə əsasən, ötən ay borc 0,466 milyon dollar azalıb.
Gürcüstanın ümumi xarici dövlət borcu isə 8 120 milyon dollardır ki, bunun da 7 660 milyon dolları hökumətin payına düşür.