SON XƏBƏR

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

İyun 17
16:18 2022
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) faiz dəhlizi parametrlərinin sabit saxlanılması barədə qərar qəbul edib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, uçot dərəcəsi 7,75 %, dəhlizin aşağı həddi 6,25 %, yuxarı həddi isə 9,25 % səviyyəsində saxlanılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 29-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook