Azərbaycan neftinin qiyməti 86 dollara yaxınlaşır
Dekabr 15
10:30
2022
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,9 ABŞ dolları, yaxud 3,49 % artaraq 85,94 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda "Brent” markalı neftin fevral fyuçersləri 82,7 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85ABŞ dollarından götürülüb.