SON XƏBƏR

2023-cü ilin idman ulduzları siyahısına Ronaldo başçılıq edir

Dekabr 30
10:37 2023
SMM şirkəti "Hopper HQ" 2023-cü ilin nəticələrinə əsasən dünya idman ulduzlarının reytinqini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, reytinq cədvəlinə Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo başçılıq edir.

İkinci yeri "İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi tutub. Hindistanlı kriketçi Virat Kohli üçüncü olub. Şirkət "Əl-Hilal”ın hücumçusu Neymarı dördüncü pillədə göstərib. İlk "beşliy"i "Los-Anceles"in basketbolçusu LeBron Ceyms qapayır.

Qeyd edək ki, bu mövsüm Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 17 oyun keçirib, 19 qol vurub və 9 məhsuldar ötürmə edib. O, beşqat "Qızıl top”un sahibidir. Portuqaliyalı karyerası "Real Madrid", "Mançester Yunayted", "Yuventus" və "Sportinq"də oynayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook