Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
İyun 10
13:33
2024
Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442-ci, 443-cü, 444-cü, 445-ci, 447-ci və 449-cu maddələrinin şərh edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.