SON XƏBƏR

Seçki Məcəlləsinə dəyişiklik edilir

İyun 21
13:33 2024
Şəxsiyyət vəsiqəsi ilə bağlı Seçki Məcəlləsinə dəyişiklik edilir.

Qlobal.az xəbər verir ki, bu barədə məsələ Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

Məlum olduğu kimi, 1 sentyabr 2018-ci ildən ölkədə yeni nəsil şəxsiyyət vəsiqələri tətbiq edilir. Bununla əlaqədar "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilib, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanı ilə təsdiq edilib.

Təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin üz tərəfində əvvəl verilmiş şəxsiyyət vəsiqələrindən fərqli olaraq, vəsiqənin "verilmə tarixi" deyil "etibarlılıq müddəti göstərilir.

Seçki prosesində iştirak edən yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problemi aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq normalarını yeni qanunvericilik aktlarına uyğunlaşdırılması zərurəti yaranmışdır. Bu məqsədlə "Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun layihəsi hazırlanıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook