2783 m hündürlükdə şəhidlərin şərəfinə lövhə - FOTO
Dekabr 14
10:43
2020
Azərbaycan alpinistləri Qızılqaya dağ massivində dəniz səviyyəsindən 2783 m hündürlükdə, adsız yüksəkliklərdən birində Vətən müharibəsində şəhid olan 2783 nəfər əsgərin şərəfinə xatirə lövhəsi yerləşdirib.
HİT.Az xəbər verir ki, Xarıbülbül gülü formasında hazırlanmış lövhə üzərində 2783 rəqəmi həkk olunub.
Qeyd olunub ki, Xınalıq-Qalaxudat yürüyüş marşurutunun yaxınlığında yerləşəcək bu lövhənin gələcəkdə ərazidən keçən yerli və xarici turistlərin məlumatlandırılmasında mühüm rol oynayacaq.