3 ay əvvəl yaranıb yarım milyonluq tenderləri udan müəmmalı şirkətlər
İyul 29
13:20
2022
"Qubadlı” Əlahiddə Sərhəd Diviziyası (2050 nömrəli Hərbi Hissə) tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Bu barədə "Yeniavaz.com" məlumat yayıb.
Bildirilir ki, tender müsabiqəsinin qalibi "MF-SISTEM” MMC (VÖEN - 1307660171) olub.
"Qubadlı” Əlahiddə Sərhəd Diviziyası avtomobillər üçün ehtiyat hissələri almaq üçün "MF-SISTEM” MMC-yə 30 min 406 manat ödəyəcək.
30 min manatlıq tender müsabiqəsinin qalibi olan "MF-SISTEM” MMC tender elanından təxminən 3 ay əvvəl dövlət qeydiyyatına alınıb.
"Qubadlı” Əlahiddə Sərhəd Diviziyası tender müsabiqəsini 10.07.2022-ci il tarixində elan edib. Qalib şirkət isə 08.04.2022-ci il tarixində qeydiyyata alınıb.
Nizamnamə kapitalı 10 manat olan "MF-SISTEM” MMC-nin hüquqi ünvanı "Yasamal rayonu, H.Q.Mustafayev, ev 11”-də yerləşir. Qanuni təmsilçisi isə Kərimova Qənirə Məzahim qızıdır.
Maraqlıdır ki, son zamanlar "MF-SISTEM” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub.
"MF-SISTEM” MMC-nin qanuni təmsilçisi Kərimova Qənirə Məzahim qızı eyni gündə, eyni ünvanda və eyni nizamnamə kapitalı ilə qeydə alınan daha 4 şirkətə - "UNI SERVIS TC" MMC (VÖEN-1307659781), "ORION MS" MMC (VÖEN-1307660041), "LM HOLDINQ-L" MMC (VÖEN-1307659801) və "ART DIZAYN-TS" MMC-yə (VÖEN-1307659931) rəhbərlik edir.
Cəmi 3 ay əvvəl yaranan bu şirkətlər artıq bir-neçə tenderin qalibi olmağı bacarıb. İlk "qalibiyyətini” dövlət qeydiyyatına alındıqdan cəmi 6 gün sonra elan olunan tenderdən əldə edib:
- 08.04.2022-ci ildə dövlət qeydiyyatına alınan və Qənirə Kərimovanın rəhbərlik etdiyi "ART DIZAYN-TS" MMC Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 14.04.2022-ci il tarixində elan etdiyi 199 min 637 manatlıq tender müsabiqəsində (Dəftərxana ləvazimatının alınması) qalib olub.
- 08.04.2022-ci ildə dövlət qeydiyyatına alınan və Qənirə Kərimovanın rəhbərlik etdiyi "UNI SERVIS TC" MMC Alademik M.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin 20.05.2022-ci il tarixində elan etdiyi 164 min 670 manatlıq tender müsabiqəsində (Tibbi avadanlıqların təmiri) qalib olub.
- 08.04.2022-ci ildə dövlət qeydiyyatına alınan və Qənirə Kərimovanın rəhbərlik etdiyi "ORION MS" MMC Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin 22.04.2022-ci il tarixində elan etdiyi 14 min 21 manatlıq tender müsabiqəsində (İKT avadanlıqlarınn alınması) qalib olub.
- 08.04.2022-ci ildə dövlət qeydiyyatına alınan və Qənirə Kərimovanın rəhbərlik etdiyi "ORION MS" MMC "Azərbaycanda Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec”nin 24.05.2022-ci il tarixində elan etdiyi 14 min 445 manatlıq tender müsabiqəsində (İstehlak yönlü xidmətlər) qalib olub.
- 08.04.2022-ci ildə dövlət qeydiyyatına alınan və Qənirə Kərimovanın rəhbərlik etdiyi "ORION MS" MMC "İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin 17.06.2022-ci il tarixində elan etdiyi 30 min 850 manatlıq tender müsabiqəsində (İnternet portalının yaradılması) qalib olub.
- 08.04.2022-ci ildə dövlət qeydiyyatına alınan və Qənirə Kərimovanın rəhbərlik etdiyi "ORION MS" MMC 2 nömrəli Bakı Baza Tibb Kollecinin 05.07.2022-ci il tarixində elan etdiyi 9 min 685 manatlıq tender müsabiqəsində (Abadlıq işləri) qalib olub.
Xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün cəmi 2-3 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb.
Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Daha bir maraqlı məqam odur ki, bu şirkətlər qısa müddət əvvəl yaranıb 464 min manatlıq tender udsalar da vergi borclarını vaxtında ödəmirlər.
Açıqlanan rəsmi məlumatlara görə, hazırda "ORION MS" MMC-nin 483,52 manat, "ART DIZAYN-TS" MMC-nin 1314,72 manat vergi borcu var.

"Yasamal rayonu, H.Q.Mustafayev, ev 11” ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub:
Qlobal.Az