30 gündən sonra 4 bankın taleyi ilə bağlı qərar veriləcək (EKSPERT)
Aprel 28
14:56
2020
"30 gündən sonra bankların taleyi ilə bağlı qərar veriləcək".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 bank – "Amrahbank”, "NBC Bank”, "Ata Bank” və "AGBank”a müvəqqəti inzibatçılar təyin edilməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, sözügedən bankların 4-dən 3-ü bağlanacaq:
"Bu banklar əslində 2018-ci ildən ağır durumdadır. İndiki dövrdə böyük problemlərin yaşandığı dönəmdə belə bir qərarın verilməsi bank sektoruna psixoloji mənfi təsir göstərir. İnsanlarda müəyyən çəkincəklik yaradır. Amma hər halda Mərkəzi Bank 30 gün müddətinə kənardan idarəetmə təyin edib. Onlar aktivləri və passivləri hesablayacaqlar. Sadə dillə desək, bankların nə qədər alacağı, nə qədər daşınmaz əmlakı və nə qədər borcu var, bunların hesablanması ilə məşul olacaqlar. 30 gündən sonra qərar veriləcək ki, bu banklar bağlanır, yoxsa müəyyən banklarla birləşdiriləcək. Amma çox güman ki, dördündən 3-nün tamamilə bağlanması ehtimalı daha yüksəkdir. Bu zaman əmanətlərin sığorta olduğunu nəzərə alsaq və 30 gündən sonra ləvgetmə yaxud da Bankların Kənardan İdarəetmə komissiyası Əmanətlərin Sığortalanması Fondu ilə bir yerdə həmin əmanətlərin hissə-hissə qaytarılmasına başlayacaq. Bildiyimə görə, həmin banklarda 800 milyon manata yaxın əmanət var. Bir gündə bu qədər vəsaitin qaytarılması mümkün görünmür. Proses ən azı 3 ay davam edəcək. Əmanətlərin Sığortalanması Fondunda da o qədər vəsait yoxdur. Ona görə də Mərkəzi Bank kredit xətti acacaq. Həmin xəttin hesabına pullar qaytarılacaq".
İqtisadçı alim Qubad İbadoğlunun fikrincə, sığortası olmayan əmanətlər, cari və xüsusi hesablardakı pul vəsaitlərinin tam məbləğdə sahibinə qaytarılması mümkün olmayacaq:
"Azərbaycan banklarına etibar yoxdur. Çünki onlar azad deyillər, zaman-zaman siyasi mübarizələrin qurbanı olurlar. Hazırda yüksək vəzifə tutanların bankları da eyni aqibəti yaşayacaqlar. Çox təəsüf ki, 28 ildə Azərbaycanda sağlam və rəqabətli bank bazarı formalaşmadı, müasir korporativ standartlara cavab verən bank idarəçiliyi yaranmadı. Bütün bunların "xərclərini" daha çox bankların müştəriləri çəkib, yenə də ən çox təsirlənən əhali olacaq. Hazırda fəaliyyəti dayandırılan 4 bankda yerləşdirilmiş depozitlərin geri alınması asan olmayacaq. Sığortası olmayan əmanətlər, cari və xüsusi hesablardakı pul vəsaitlərinin tam məbləğdə sahibinə qaytarılması mümkün olmayacaq. Hətta qaytarılan vəsaitlərin də ödənilməsi prosesi aylar çəkəcək. Nələr baş verəcək bu aylarda? İndiki qeyri-müəyyənlik şəraitində proqnoz vermək də asan deyil. Yaxud bir neçə ay ərzində manatın devalvasiyası baş verərsə, onda dünən bağlanan banklarda manatla yerləşdilmiş əmanətlərin dəyərsizləşmə xərcini kim ödəyəcək? Bu tip risklər necə idarə olunacaq? Mərkəzi Bank bu suallara da cavab verməlidir".
İqdisadçı Samir Əliyevin sözlərinə görə, yuxarıda adı gedən bankların heç biri bağlanmayıb, müvəqqəti inzibatçılar təyin olunub:
"Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. Bəs, bu nə deməkdir? Bankların bağlanması demək olarmı? "Banklar haqqında” Qanunun 57-ci maddəsi ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçı təyin edilməsi ilə bağlıdır. Bu maddədə banka müvəqqəti inzibatçının təyin edilməsi şərtləri və müvəqqəti inzibatçının verəcəyi mümkün qərarlar nəzərə tutulub. Qanuna görə, Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul etdiyi gün öz işçiləri sırasından və ya kənar şəxslərdən banka müvəqqəti inzibatçı təyin edir və həmin gündən bankın rezolyusiyası prosesinə başlayır. Bununla da bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri dayandırılır və səlahiyyətlər müvəqqəti inzibatçıya keçir. Müvəqqəti inzibatçı təyin edildiyi gündən sonrakı gündən başlayaraq ən geci 30 təqvim günü müddətində rezolyusiya metodunu, şərtlərini, iqtisadi əsaslandırmasını və müddətlərini özündə əks etdirən tədbirlər planını ödəmə qabiliyyətini itirmiş bankın maliyyə göstəricilərinə əsasən hazırlayıb MB-yə təqdim edir. Ödəmə qabiliyyətini itirmiş bank ən geci 9 ayadək müddətə müvəqqəti inzibatçı tərəfindən idarə olunur".
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 bank – "Amrahbank”, "NBC Bank”, "Ata Bank” və "AGBank”a müvəqqəti inzibatçılar təyin edilib.