35 Azərbaycan idmançısında dopinq aşkarlandı
Dekabr 25
12:48
2018
Azərbaycan Milli Anti-Dopinq Agentliyində (AMADA) ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib.
Testlər nəticəsində AMADA tərəfindən 35 antidopinq qayda pozuntusu aşkarlanıb. İlk "üçlük"də ardıcıllıqla güləş, taekvondo və boks idman növləri qərarlaşıb. Bu növlərdə müvafiq olaraq 12, 7 və 5 idmançıdan götürülən nümunələr müsbət nəticə verib.
Ən pisi də odur ki, antidopinq qayda pozuntusuna yol verənlərin 25 faizi yeniyetmə idmançılardır.
Virtualaz.org-un məlumatına görə, agentliyin direktoru Şəfəq Hüseynli bildirib ki, 2018-ci ildə 817 test keçirib. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur.
Ən pisi də odur ki, antidopinq qayda pozuntusuna yol verənlərin 25 faizi yeniyetmə idmançılardır.