SON XƏBƏR

5-ci sinif Ədəbiyyat dərsliyində esse şagirdlərə səhv təqdim edilir?

May 12
15:16 2023
Orta məktəb dərsliklərinin bəzilərində olan texniki səhvlər və digər qüsurlar barədə mediada dəfələrlə yazılıb. 
 
Qlobal.az xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova (Aydın) feysbukda 5-ci sinif Ədəbiyyat dərsliyində essenin "kiçik bədii nümunə" kimi təqdim edildiyini yazıb:
 
"5-ci sinif Ədəbiyyat dərsliyində esse "kiçik bədii nümunə" kimi izah edilir. Essenin müxtəlif nümunələrini əsas götürərək belə bir təriflə heç cür razılaşmaq mümkün deyil. Esse ədəbi əsərdir, bədii deyil. Müəlliflər bədii və ədəbi sözlərini fərqləndirməyi bacarmadıqları üçün essenin mahiyyətini də düzgün izah etmirlər. Aşağıda Ədəbiyyat dərsliyində esse anlayışını izah edən nəzəri materialı paylaşmışam. Mən yuxarıda, sadəcə, bir məqama toxundum. Halbuki bu nəzəri mətnin bütövlükdə dərslik üçün uyğun yazılmadığını hesab edirəm. Mübahisəli məqamlar çoxdur".
 
Qeyd edək ki, 5-ci sinif Ədəbiyyat dərsliyinin həmmüəllifləri Afət Süleymanova, Təranə Bağırova və İlhamə Muradovadır. 
 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook