SON XƏBƏR

58 milyard pulun hara xərcləndiyi niyə gizlədilir? (ŞƏRH)

Mart 21
12:03 2019
"2008-ci ildən 2018-cu ilədək dövlət büdcəsindən tikinti layihələri üçün 53 milyard 206 milyon manat vəsait xərclənib. Bu dövrdə xərclənmiş vəsaitin orta illik miqdarı 4 milyard 837 milyon manat olub". 

Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu yazıb.

Ekspert qeyd edib ki, tikintiyə ayrılmış pulların xərclənməsinə dair məlumatlar hətta Milli Məclisdən də gizlədilir: 
 
 

"Büdcə xərlərinin hər il 30-35 faizi bu xərc maddəsi üzrə ayrılsa da, indiyədək vəsaitin hara, necə və kim tərəfindən xərclənməsinə dair məlumatlar nəinki ictimaiyyətdən, hətta Milli Məclis üzvlərindən də gizlədilir. Çünki, tikintiyə ayrılan vəsaitlər Azərbaycan dövlət büdcəsinin ən çox korrupsiyalaşmış xərc maddəsidir. Cari ildə dövlət büdcəsindən tikintiyə 6 milyard 390 milyon 600 min manat vəsait ayrılacaq, amma nəinki onun təsnifatı, hətta layihələr üzrə bölgüsü belə açıqlanmır".
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook