SON XƏBƏR

77 yaşlı Valeh Ələsgərov vəzifəsindən gedir?

Yanvar 31
11:25 2024
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” 2018-ci ilin sentyabrında imzaladığı Fərmana dəyişiklik edib.

Dəyişikliyə əsasən, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə yaradılmış İşçi Qrupa rəhbər təyin edilib. İndiyə qədər İşçi Qrupa Milli Məclis sədrinin keçmiş müavini Valeh Ələsgərov rəhbərlik edirdi. V. Ələsgərov İşçi Qrupda üzv kimi qalmaqdadır. İşçi Qrupun tərkibinə edilən dəyişikliklərdən sonra üzvlərin sayı 14-dən 18-ə çatdırılıb.

Qlobal.az Musavat.com-a istinadən xəbər verir ki, bu dəyişiklik V. Ələsgərovun tezliklə İdarə Heyətinin sədrliyindən uzaqlaşdırılacağı haqda iddialara səbəb olub. 1944-cü ildə anadan olan V.Ələsgərovun artıq 77 yaşı var. Bu isə o deməkdir ki, seçkidən sonra V. Ələsgərov da yola salınır və bu dəyişiklik onun anonsudur.

Adının çəkilməsini istəməyən ekspertin dediyinə görə, V. Ələsgərov kifayət qədər bacarıqlı mütəxəssisdir: "Lakin düşünürəm ki, artıq Valeh Ələsgərov kifayət qədər yaşlanıb və son dərəcə aktiv iştirakçılıq tələb edən Ələt azad iqtisadi zonasının rəhbərliyi onun üçün öhdəsindən gəlinməyəcək bir işə çevrilib. Azərbaycan hökuməti yeni layihələrdə çevikliyə, müasir texnologiyalara əsaslanan idarəetmə siyasəti yürütməyə çalışır. Kadr seçimlərində bu tələblər mümkün qədər nəzərə alınır. Bu baxımdan, V. Ələsgərovun gənc və aktiv iş imkanlarına malik kadrla əvəz olunması gözləniləndir. Mənə elə gəlir ki, Valeh müəllim özü də bu dəyişikliyi gözləyir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook