80-dən çox deputat Makronun vəzifədən kənarlaşdırılması ilə bağlı qətnamə imzalayıb
Sentyabr 05
09:15
2024
80-dən çox deputat Fransa Prezidenti Emmanuel Makronun iqtidardan uzaqlaşdırılması ilə bağlı qətnamə imzalayıb.
KİV-in məlumatına görə, sənədi "Yeni Xalq Cəbhəsi” sol blokundan olan 81 deputat (onlardan 72-si "Tabe olmayan Fransa” fraksiyasından olan parlamentarilər), həmçinin "Yaşıllar” və "Sol Demokratlar və Respublikaçılar” qrupundan olan bir sıra digər deputatlar imzalayıb.
Xatırladaq ki, "İtaətsiz Fransa” avqustun sonunda Makronun iqtidardan uzaqlaşdırılması proseduruna başlayıb.