SON XƏBƏR

85 yaşı tamam olan Anar: “105 il yaşamaq istəyirəm”

Mart 14
11:30 2023
Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 yaşı tamam olur.

Xalq yazıçısı Qaynarinfo-ya yubiley arzusunu açıqlayıb. Anar müəllim deyir ki, həyatda bir arzusu var:

"Yaşamaq... Allah mənə can sağlığı versin. 105 il ömür yaşamaq istəyirəm”.
 
Qeyd edək ki, Anar 14 mart 1938-ci ildə Bakı şəhərində anadan olub. Onun atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. 1991-ci ildən Yazıçılar Birliyinə sədrlik edən Xalq yazıçısı 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını aparıb. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikasının Milli Məclisinin deputatı seçilib. 

O, indiyədək Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR Dövlət mükafatı, Azərbaycan Respublikasının Xalq yazıçısı, "İstiqlal", "Şöhrət", "Şərəf" ordenləri, Prezidentin fərdi təqaüdü, Heydər Əliyev Mükafatı, Prezidentin fəxri diplomu, TÜRKSOY-un "Şərəf", "Üzeyir Hacıbəyli" medalları ilə təltif edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook