Ağ pambıqda qara ləkə böyüyür – Qubad İbadoğlu yazır
Oktyabr 29
11:20
2019
Oktyabr ayı ərzində pambıq əkini ilə məşğul olan fermerlərdən ünvanıma çoxlu şikayətlər daxil olub. Həmin məlumatlar əsasında hazırladığım yazını təqdim edirəm.
2019-cu il pambıq yığımı mövsüm bir çox problemlərlə müşayiət olunur. Pambıq əkən fermerlərin əksəriyyəti etiraf edir ki, onlar pambığı könüllü əkməyiblər. Xüsusilə, böyük təsərrüfatları olan fermerlərə icra strukturları tərəfindən malik olduqları sahələrin bir hissəsində pambıq əkmək öhdəliyi qoyulub. Fermerlər məcburən buna razılaşıblar”.
Bunu iqtisadçı alim Qubad İbadoğlu "Facebook” səhifəsində yazıb. O, qeyd edib ki, fermerlərə pambıq əkdirilsə də, icra strukturları tərəfindən suvarma suyunun təchizatı ilə bağlı verilən sözə əməl olunmayıb. Demək olar ki, bütün rayonlarda pambığın suvarılmasında çətinliklər müşahidə olunub. Su, ilk növbədə məmurların tarlalarına verilildiyindən, sadə fermerlər pambığı vaxtında suvara və gözlədikləri məhsuldarlığı əldə edə bilməyiblər.
Qubad İbadoğlu daha sonra yazır:
"Fermerlərin digər problemi pambığın yığılması ilə bağlıdır. Qubad İbadoğlu deyib ki, hazırda, xüsusilə, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında pambıq tarlalarda zay olur. Yığım üçün texnika və işçi qüvvəsi çatışmır. Texnika, ilk növbədə pambıq qəbulu və emalı müəssislərinə və məmurlara məxsus olan böyük sahələrdə yığım həyata keçirirlər. Texnika ilə yığımı çətinləşdirən digər amillər pambıq tarlalarına lazımi qədər su və gübrə verilməməsi səbəbindən pambığın inkişafdan geri qalması, hündürlüyünün maşınla yığıma imkan verən yetərli səviyyədə olmamasıdır.
Fermerlər rayonlar üçün uyğun toxumun yetişdirilməməsindən də şikayətçidirlər. Hazırda istifadə olunan toxum pambıqçılıq şirkətləri tərəfindən Türkiyədən gətirilərək fermerlərə verilir. Bu toxumlar yerli şəraitə uyğun olmadığından vegetasiya müddəti uzanır və məhsul vaxtında yetişmir, bitki bir neçə dəfə məhsul verdiyindən kombayn bir dəfə yığsa belə, əllə yığım qaçılmaz olur.
Pambıqçılıq rayonlarında əllə yığım üçün işçi qüvvəsinin çatışmaması özünü bariz şəkildə göstərir. Ötən illə müqayisədə əllə yığım zamanı pambığın hər kiloqramına verilən zəhmət haqqının artırılması da vəziyyətdən çıxış yolu kimi görsənmir. Hətta bəzi rayonlarda fermerlər hər kq üçün 18-20 qəpik təklif etsələr belə, pambıq yığmağa işçi tapılmır. 2018-ci ildən fərqli olaraq 2019-cu il mövsümündə büdcə təşkilatları işçilərinin məcburən pambıq yığımına aparılması praktikasına son qoyulması təqdirəlayiq olsa da, pambıq yığan işçilərin çatışmazlığı problemini kəskinləşdirib.
İcra sturkturlarının 2019-cu il mövsümündə pambıq yığımına ciddi əhəmiyyət verməməsi iqtidarın pambıqçılıq siyasətinin dəyişməsinin göstəricisidir. Artıq bəzi rayonlarda (Saatlı, Sabirabad) ilin əvvəlində pambıqçılıq şirkəti ilə bağlanan müqaviləyə uyğun olaraq təhvil verilmiş pambığa görə vəsaitin fermerlərin hesabına ödənilməsində ləngimələr yaranıb. Bu da əllə pambıqyığanların zəhmət haqlarının ödənilməsinə neqativ təsir göstərib. Əvvəllər 2, maksimum 3 gün çəkən proses artıq həftələrlə uzanır.
Pambıqçılıq rayonlarında inhisarçı şirkətləri tərəfindən örüş və otlaqların həyata keçirilməsi nəticəsində maldarlıqla məşğul olan fermerlərin həmin ərazilərdən uzaqlaşdırılması, fermaların ləğvi ölkədə ət istehsalı ilə bağlı ciddi problemlərə yol açacaq kimi görünür. 2019-cu il pambıq mövsümü sübut etdi ki, vaxtilə örüş və otlaq kimi istifadə olunan pambıq əkini üçün yararsız, şoran dövlət torpaqlarında heç bir elmi əsaslara söykənməyən sovetdənqalma metodlarla pambıq əkilməsi çox pis nəticə verib.
2019-cu il pambıq yığımı mövsüm bir çox problemlərlə müşayiət olunur. Pambıq əkən fermerlərin əksəriyyəti etiraf edir ki, onlar pambığı könüllü əkməyiblər. Xüsusilə, böyük təsərrüfatları olan fermerlərə icra strukturları tərəfindən malik olduqları sahələrin bir hissəsində pambıq əkmək öhdəliyi qoyulub. Fermerlər məcburən buna razılaşıblar”.
Bunu iqtisadçı alim Qubad İbadoğlu "Facebook” səhifəsində yazıb. O, qeyd edib ki, fermerlərə pambıq əkdirilsə də, icra strukturları tərəfindən suvarma suyunun təchizatı ilə bağlı verilən sözə əməl olunmayıb. Demək olar ki, bütün rayonlarda pambığın suvarılmasında çətinliklər müşahidə olunub. Su, ilk növbədə məmurların tarlalarına verilildiyindən, sadə fermerlər pambığı vaxtında suvara və gözlədikləri məhsuldarlığı əldə edə bilməyiblər.
Qubad İbadoğlu daha sonra yazır:
"Fermerlərin digər problemi pambığın yığılması ilə bağlıdır. Qubad İbadoğlu deyib ki, hazırda, xüsusilə, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında pambıq tarlalarda zay olur. Yığım üçün texnika və işçi qüvvəsi çatışmır. Texnika, ilk növbədə pambıq qəbulu və emalı müəssislərinə və məmurlara məxsus olan böyük sahələrdə yığım həyata keçirirlər. Texnika ilə yığımı çətinləşdirən digər amillər pambıq tarlalarına lazımi qədər su və gübrə verilməməsi səbəbindən pambığın inkişafdan geri qalması, hündürlüyünün maşınla yığıma imkan verən yetərli səviyyədə olmamasıdır.
Fermerlər rayonlar üçün uyğun toxumun yetişdirilməməsindən də şikayətçidirlər. Hazırda istifadə olunan toxum pambıqçılıq şirkətləri tərəfindən Türkiyədən gətirilərək fermerlərə verilir. Bu toxumlar yerli şəraitə uyğun olmadığından vegetasiya müddəti uzanır və məhsul vaxtında yetişmir, bitki bir neçə dəfə məhsul verdiyindən kombayn bir dəfə yığsa belə, əllə yığım qaçılmaz olur.
Pambıqçılıq rayonlarında əllə yığım üçün işçi qüvvəsinin çatışmaması özünü bariz şəkildə göstərir. Ötən illə müqayisədə əllə yığım zamanı pambığın hər kiloqramına verilən zəhmət haqqının artırılması da vəziyyətdən çıxış yolu kimi görsənmir. Hətta bəzi rayonlarda fermerlər hər kq üçün 18-20 qəpik təklif etsələr belə, pambıq yığmağa işçi tapılmır. 2018-ci ildən fərqli olaraq 2019-cu il mövsümündə büdcə təşkilatları işçilərinin məcburən pambıq yığımına aparılması praktikasına son qoyulması təqdirəlayiq olsa da, pambıq yığan işçilərin çatışmazlığı problemini kəskinləşdirib.
Pambıq qəbulunun inhisara alınması digər bir problem də doğurub. Pambıq qəbulu məntəqələrinin fermerlərdən pambığın qəbulu zamanı 18-20% nəmlik və zibillik müəyən etməsi pambıq əkənlərin kəskin narazılığına səbəb olur. İnhisarçı pambıq şirkətləri heç bir əziyyət çəkmədən bu yolla hər il 100 minlərlə vəsait əldə edirlər.
Pambıqçılıq rayonlarında inhisarçı şirkətləri tərəfindən örüş və otlaqların həyata keçirilməsi nəticəsində maldarlıqla məşğul olan fermerlərin həmin ərazilərdən uzaqlaşdırılması, fermaların ləğvi ölkədə ət istehsalı ilə bağlı ciddi problemlərə yol açacaq kimi görünür. 2019-cu il pambıq mövsümü sübut etdi ki, vaxtilə örüş və otlaq kimi istifadə olunan pambıq əkini üçün yararsız, şoran dövlət torpaqlarında heç bir elmi əsaslara söykənməyən sovetdənqalma metodlarla pambıq əkilməsi çox pis nəticə verib.
Buna nümunə kimi İmişlinin "Şirinqum” və "Acıdüz” ərazilərində minlərlə hektar ötlaq sahəsində pambıq əkininin fiaskoya uğramasını göstərmək olar. Həmin sahələrə külli miqdarda dövlət büdcəsi vəsaiti hesabına suvarma suyunun çəkilməsi isə ictimai vəsaitlərin səmərəsiz xərclənməsinin bariz nümunəsidir.Elə təkcə "Acıdüz” adlanan əraziyə 84 milyon manatlıq büdcə vəsaiti hesabına Araz çayından yeni qol – kanal çəkilib”.
Qlobal.Az