"AAAF PARK" MMC vətəndaşların həyatını təhlükəyə atır
İyun 08
12:26
2016
"AAAF Park" MMC-nin neqativ fəaliyyəti barədə Qlobal.az-a məlumat daxil olub.
Məlumatda deyilir ki, "AAAP Park" MMC vətəndaşları aldatmaqla məşğuldur. Belə ki, şirkət müştəriləri ilə bağladığı müqavilələrdə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirmir. Vətəndaşların aldıqları evlər alqı-satqı müqavilələrində göstərilən zamanda təhvil verilmir. Şirkətin bu məsuliyyətsizliyindən vətəndaşlar daha da madd ziyana düşürlər.
Digər məlumatda isə bu şirkətin tikinti qaydalarını kobud surətdə pozduğu bildirilir. Belə ki, Kompleksin ərazisindəki ağac materiallarından istifadə olunaraq inşa edilmiş villalara elektrik cərəyanının çəkilməsi beynəlxalq tikinti standartlarına uyğun deyil. Dünyanın turizm sektorunun inkişaf etdiyi regionlarında taxtadan inşa edilmiş villalara geniş yer verilir. Ancaq bu evlərin işıqlandırılması üçün standartlara uyğun olaraq sabit elektrik cərəyanından yox, akkumilyatorlardan istifadə edilir. Görünür bu məsələdə "AAAF Park" MMC-nin mütəxəssisləri ya məlumatlı deyillər, ya da, onlar üçün vətəndaşların təhlükəsizliyi önəmli deyil.
Qlobal.az-a verilən digər məlumatda isə "AAAF Park" MMC-nin sənədləşmə işlərində də ciddi qanunsuzluqların olduğu deyilir. Məlumata görə, burada satılan evlərin əksəriyyətinin sənədlərində ciddi problemlər var. Sənəd probleminin ən çox "AAAF Park" MMC-nin tərkibində olan "AAAF Park-2" (beşhektar) kompleksində olduğu deyilir. Deyilənə görə, burada inşa edilən evlərin əksəriyyətinin torpağı digər insanların adlarınadır. Problemin səbəbi kimi isə kompleksin başplanının dəfələrlə şirkət rəhbərliyi tərəfindən dəyişdirilməsi göstərilir.
Şirkətlə bağlı araşdırmalarımız davam edir.
Qlobal.az