Ağalar Vəliyev Xaçmazda da SAXTAKARLIQ EDİR... - Hakim partiyanın özü belə çətinlik çəkir...
Avqust 01
11:43
2024
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) seçki siyahısı açıqlanandan sonra aydın oldu ki, altıncı çağırış Milli Məclisin deputatı Ağalar Vəliyevin seçki dairəsi dəyişib.
Dia-az.İnfo xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) onun deputatlığa namizədliyini bu dəfə 57 saylı Xaçmaz şəhər dairəsindən irəli sürüb. Xatırladaq ki, Ağalar Vəliyev ötən parlament seçkisində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən millət vəkili seçilib.
Əslən Yevlax rayonundan olan Ağalar Vəliyevin hələ zamanında 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən millət vəkili seçilməsi belə yetərincə şübhəli idi.
İndi isə onun namizədliyi Xaçmazdan verilib. Və yerli xaçmazlılar bilmərrə şəkildə onun namizədliyinə qarşıdırlar və dəstəkləmirlər.
Qeyd edək ki, YAP-ın namizədi olan Ağalar Vəliyevə hətta hakim partiyanın yerli nüfuzu belə yetərli deyil ki, o, qələbə qazana bilsin. Hətta seçinin onun xeyrinə saxtalaşdırılacağı təqdirdə belə qələbəsi olduqca çətin görünür. Bu barədə Dia-az.İnfo-ya yazan xaçmazlılar iddia edir ki, Ağalar Vəliyev məhz bunları bildiyindən yerli DSK-ya - sədr qarışıq bütün DSK üzvlərinə böyük məbləğdə pul mükafatlara verib və əlavədən də seçki sonrasına vəd edib:
"Buna görə də, 57 saylı DSK-nın sədri Bəhram Ömərov əl-ayağa düşüb. Hətta iş o yerdədir ki, Ağalar Vəliyevə qapı-qapı düşüb imza da toplamayıblar. Çünki ona çətin kimsə imzasını əmanət edə... İmzalar toplanmadan namizədliyi qeydə alınıb.
Bu azmış kimi digər namizədlərə süni əngəllər yaradılır, təzyiqlər olunur..."