Ağasəlim Həsənovun yeni monoqrafiyası nəşr olunub - FOTO
Oktyabr 26
13:53
2019
Fəlsəfə İnstitutunun Sosial fəlsəfə və ekoloji problemlər şöbəsində aparıcı elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ağasəlim Həsənovun "İnteqrasiya problemi fərd- cəmiyyət münasibətləri kontekstində" monoqrafiyası işıq üzü görüb.
Karabakhmedia.az xəbər verir ki, monoqrafiyada sosial fəlsəfədə aktuallıq kəsb edən inteqrasiya problemi fərd-cəmiyyət münasibətləri kontekstində nəzərdən keçirilir. Həmçinin, qloballaşma prosesinin fərd-cəmiyyət münasibətlərinə təsiri, sosiomədəni transformasiyanın aktual məsələləri araşdırılır. Eyni zamanda sosiallaşmaya təsir edən amillər, milli modernləşmənin özəllikləri, sosial kapitalın fərd-cəmiyyət münasibətlərinə təsiri, polietnik cəmiyyətlərdə aparılan multikulturalizm siyasətinin cəmiyyətdaxili inteqrasiyadakı rolu təhlil olunur.
Monoqrafiya tədqiqatçılar, ali məktəb tələbələri, mövzu ilə maraqlananlar üçün faydalı ola bilər.
2006-2008-cı illərdə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspiranturasında təhsil alıb. 2009-cu ildə «Azərbaycanda milli ideologiyanın formalaşmasında mənəvi dəyərlərin rolu» mövzusunda dissertasiya işini mudafiə edib və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Hal-hazırda Fəlsəfə İnstitutunun Sosial fəlsəfə və ekoloji problemlər şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın 22 iyun 2019-cu il qərarı ilə A.Həsənova Dosent elmi adı verilmişdir. Elmi fəaliyyəti dövründə müəllifin 40-dan artıq elmi məqaləsi və 1 monoqrafiyası nəşr olunub. "Inteqrasiya problemi fərd-cəmiyyət münasibətləri kontekstində" adlı monoqrafiya müəllifin nəşr olunan sayca 2-ci kitabıdır.
Karabakhmedia.az xəbər verir ki, monoqrafiyada sosial fəlsəfədə aktuallıq kəsb edən inteqrasiya problemi fərd-cəmiyyət münasibətləri kontekstində nəzərdən keçirilir. Həmçinin, qloballaşma prosesinin fərd-cəmiyyət münasibətlərinə təsiri, sosiomədəni transformasiyanın aktual məsələləri araşdırılır. Eyni zamanda sosiallaşmaya təsir edən amillər, milli modernləşmənin özəllikləri, sosial kapitalın fərd-cəmiyyət münasibətlərinə təsiri, polietnik cəmiyyətlərdə aparılan multikulturalizm siyasətinin cəmiyyətdaxili inteqrasiyadakı rolu təhlil olunur.
Monoqrafiya tədqiqatçılar, ali məktəb tələbələri, mövzu ilə maraqlananlar üçün faydalı ola bilər.
Qeyd edək ki, Ağasəlim Şamil oğlu Həsənov 24 oktyabr 1976-cı ildə Laçın şəhərində doğulub. Orta təhsilini 1992-ci ilədək Laçın şəhəri 2 №-li orta məktəbdə alıb. Laçının işğalından sonra isə orta məktəbi 1993-cü ildə Bərdə rayonunda bitirib. 1994-1998-ci illərdə BDU-nun «Sosial elmlər və psixologiya» fakültəsində ali təhsil alıb. 1998-ci ildə BDU-da «İdarəetmənin Sosiologiyası» ixtisası üzrə magistraturya daxil olub və 2000-ci ildə oranı bitirib.
Ağasəlim Həsənov ailəlidir, 3 övladı var.