SON XƏBƏR

Abdolbari Gözəl: 'Manat 110% ucuzlaşıb, bizim məhsullar isə 30% bahalaşıb'

Oktyabr 07
14:09 2016
Mətbuatda son zamanlar "Azərsun Holdinq"in istehsal etdiyi məhsulların qiymətinin artması ilə bağlı əsassız xəbərlər yayılıb.
 
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının Aqrar inkişaf komissiyasının iclasında komissiyanın sədri, "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib.
 
"Məlumatı yanlış təqdim edirlər. İki devalvasiya nəticəsində manat 110% dəyərdən düşüb, amma bizim istehsal etdiyimiz məhsulların dəyəri 30% artıb. Lakin buna toxunan yoxdur. Məsələnin fərqinə varmaq lazımdır. Düzdür, biz yağı xaricdən gətiririk. Lakin şəkər istehsalı 15% yerli xammala, 85% isə idxala bağlıdır. Biz yerli xammalın payını 40%-ə çatdırmaq istəyirik. Bunun üçün təxminən 100 milyon dollarlıq investisiya lazımdır. Bu yatırıma hazırıq. Duz, konserv və tomat istehsalı 100% yerli xammala əsaslanır. Lakin bu məhsulların qazlaşdırılması idxala bağlıdır. Qablaşdırmanın yerli məhsul hesabına aparılması üçün iş aparırıq. Əgər bu məhsullar bahalaşarsa, ağ bayraq qaldırmağa hazıram", - deyə o bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook