SON XƏBƏR

Abel Məhərrəmov məhkəməyə verildi - Ustaların pulunu vermir

Aprel 19
16:34 2021
Aprelin 19-da saat 15:00-da Yasamal Rayon Məhkəməsində hakim Vahid Hacıyevin sədrliyi ilə Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov və Bakı Dövlət Universitetinin keçmiş prorektoru Nəbi Ramazanlıya qarşı mülki iddia ilə bağlı hazırlıq iclası olacaq. 

Qlobal.Az Turan.az-a istinadən xəbər verir ki, iddiaçı İsmixan Mirzəyevdir.

Elektron məhkəmə portalında mülki iddianın predmeti kimi öhdəliklər üzrə mübahisə göstərilir.
 
"Neçə illərdir mebel işlərini görmüşük, lakin indiyədək pulumuzu ala bilmirik”, - iddiaçı tərəf bildirib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook