SON XƏBƏR

Abramoviçin satdığı klubu ərəblər almaq istəyib

Mart 04
11:44 2022
Roman Abramoviçin satışa çıxardığı "Çelsi” bir müddət Səudiyyə Ərəbistanı konsorsiumunun radarında idi.

Qaynarinfo xəbər verir ki, Rusiya Ukraynaya müharibə elan etdikdən sonra Britaniya Putinə yaxın olan Roman Abramoviçin ölkəyə girişinə qadağa qoydu. Bu səbəbdən "Təhlükəli insanlar” siyahısında olan Abramoviç 21 illik "Çelsi” macərasına son qoyur. Rus milyarder Premyer Liqa nəhəngini satışa çıxarıb. Abramoviçin açıqlamasına görə, satışdan əldə olunan pullar Ukrayna xalqına köçürüləcək.

"Nyukasl Yunayted”in ortaqlarından biri olan Amanda Staveli bildirib ki, Səudiyyə Ərəbistanı konsorsiumu "Nyukasl Yunayted”dən əvvəl "Çelsi”ni almaq istəyib. "Financial Times"ın futbol sammitində iştirak edən Staveley Roman Abramoviçin klubu satmaq məcburiyyətində qalmasının ədalətli olmadığını söyləyib.

"Abramoviçin fərqli insanlarla münasibətinə görə klubu başqasına satdığı üçün təəssüflənirəm. Bunun ədalətli olduğunu düşünmürəm".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook