ABŞ Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib
Aprel 16
06:47
2024
ABŞ Maliyyə Nazirliyi Belarusa qarşı sanksiyalar siyahısına 10 fiziki və 12 hüquqi şəxsi əlavə edib.
Siyahıya Belarus, Livan, Suriya, Slovakiya və İsveç vətəndaşları daxildir.
Bundan əlavə, məhdudiyyətlər Kipr, Belarus, İraq, Çin və Slovakiyadan olan şirkətlərə təsir göstərib.