ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı üzrə bəyanatını bloklayıb
Aprel 07
14:33
2018
ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı ilə sərhəddə vəziyyətlə bağlı hazırladığı bəyanatı bloklayıb.
"Report"un RT-ya istinadən verdiyi məlumata görə, bu barədə Fələstin dövlətinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bildirib.
"Çox təəssüf ki, 15 ölkədən 14-ü bəyanatı qəbul etməyə hazır olduğu halda, bir neçə dəqiqə əvvəl 1 ölkə onun əleyhinə çıxış edib. Bu, ABŞ nümayəndə heyəti tərəfindən çox məsuliyyətsiz və rəhmsiz bir addımdır", - Riyad Mənsur deyib.
Diplomat söyləyib ki, Vaşinqtonun belə qərarları İsrail ordusunun Fələstinin mülki əhali üzərinə hücumlarını davam etdirmək üçün zəmin yaradır.