SON XƏBƏR

ABŞ BMT Təhlükəsizlik Şurasının toplantısını çağırıb

Yanvar 28
10:39 2022
ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar yanvarın 31-də BMT Təhükəsizlik Şurasının toplantısının keçirilməsi ilə bağlı müraciət edib.

"Report” "TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın Ukraynaya münasibətini və Ukrayna-Belarus sərhədində hərbi qüvvə cəmləşdirməsi məsələsini müzakirə etmək niyyətindədir.

Linda Tomas-Qrinfild bildirib ki, bu fakt BMT Təşhlükəsizlik Şurası tərəfindən tamamilə araşdırılmalı və nəzərdən keçirilməlidir: "Rusiyanın Ukraynaya təcavüz edəcəyi halda beynəlxalq öhdəlik və prinsiplər, eləcə də Ukrayna, Rusiya və Avropa ilə bağlı mənzərə müzakirə edilməlidir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook