ABŞ bu dəfə 15 xarici təyyarəni qara siyahıya saldı
Yanvar 22
10:45
2020
ABŞ administrasiyası Venesuelanın PVDSA neft şirkətinə aid 15 təyyarəni qara siyahıya salıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo açıqlama verib. O, sözügedən təyyarələrdən bəzilərinin Qəraib dənizinin hava məkanında ABŞ-a aid təyyarələrin uçuşuna maneçilik törətdiyini və qərarın qəbulunda da bu amilin təsiri olduğunu ifadə edib.
Pompeo həmçinin bu təyyarələrdən Venesuelanın dövlət başçısı Nikolas Maduronu dəstəkləyən hökumət rəsmilərinin də istifadə etdiyinə diqqət çəkib.
"ABŞ Venesuela hökumətinə aid mal varlıqlarını hədəf almağa davam edir. Bu qərar Maduronun iqtidarı qanunsuz yolla ələ keçirmə cəhdlərinin qarşısını almaq, azad və ədalətli seçki keçirilməsini təmin etmək və demokratiyaya keçidi dəstəkləmək üçün göstərilən səylərin bir hissəsidir", - deyə dövlət katibi bildirib.
Pompeo Amerika şirkətlərinə sözügedən təyyarələrlə yanacaq satışı da daxil olmaqla heç bir məsələdə əməkdaşlıq edilməməsi barədə xəbərdarlıq etdiklərini də vurğulayıb.