SON XƏBƏR

ABŞ bütün diplomatlarını Ukraynadan çıxardı

Fevral 22
10:50 2022
Rusiya prezidenti Vladimir Putinin separatçı "DXR” və "LXR”-i tanımasından bir neçə saat sonra Birləşmiş Ştatlar Ukraynadakı bütün diplomatlarını təhlükəsizliklə əlaqədar Polşaya göndərdiyini bildirib.

"Unikal” "Agence France-Presse”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib.

"Bu gün Dövlət Departamenti yenidən ABŞ vətəndaşlarının, o cümlədən bizim personalın təhlükəsizliyi və təhlükəsizliyi üçün tədbirlər görür. Təhlükəsizlik baxımından hazırda Lvovda olan Dövlət Departamentinin əməkdaşları gecəni Polşada keçirəcəklər”, – deyə dövlət katibi qeyd edib.

O, ABŞ vətəndaşlarına Ukraynanı dərhal tərk etməyi tövsiyə edib: "ABŞ vətəndaşlarına Ukraynanı dərhal tərk etmələri tövsiyəmizi bir daha təkrar edirik. Ukraynada təhlükəsizliklə bağlı vəziyyət bütün ölkədə gözlənilməz olaraq qalır və çox az xəbərdarlıq edilməklə pisləşə bilər”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook