ABŞ-da qasırğa milyondan çox sakini işıqsız qoydu
Avqust 30
10:49
2021
Cənubdakı Luiziana əyalətində (ABŞ) "İda" qasırğası səbəbindən bir milyondan çox ev və müəssisə işıqsız qalıb. Qaynarinfo xəbər verir ki, bu barədə profil saytı məlumat yayıb.
1 000 809 Luiziana ailəsində elektrik kəsilməsi olduğu bildirilir. Qonşuluqda yerləşən Missisipi ştatında isə 40 mindən çox müştəri işıqsız qalıb.
Xatırladaq ki, ABŞ-ı bazar günü vuran "İda” qasırğası ikinci təhlükə kateqoriyasına aid edilib. Küləkyin sürəti saatda 165 kilometrə çatır. Amerika prezidenti Co Bayden təbii fəlakət vəziyyəti elan edib.
İlkin məlumatlara görə, qasırğa nəticəsində bir nəfər ölüb.