SON XƏBƏR

ABŞ-da qrip epidemiyası: məktəblər bağlandı

Yanvar 29
00:16 2018
ABŞ-da epidemiya şəklində yayılan qrip nəticəsində 37 uşaq ölüb.

Virtualaz.org bildirir ki, bu barədə "The Hill” qəzeti Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Federal Mərkəzin (Centers for Desease Control and Prevention, CDC) rəhbəri Brend Fidceralda istinadən xəbər yayıb.

Onun sözlərinə əsasən, ekspertlər hesab edirlər ki, qış mövsümünün sonuna qədər qripdən ölən uşaqların sayı iki dəfə arta bilər.

Ümumilikdə isə ölkə üzrə qriplə bağlı xəstəliklər 50 mindən çox insanın ölümünə səbəb olacağı gözlənilir.

Bir az əvvəl isə məlum olub ki, qrip epidemiyası səbəbindən ABŞ-ın 11 ştatında məktəblərdə dərslər təxirə salınıb.

Artıq həftənin birinci günündən Aydaxo, Alabamı, İllinoysa, Kentukki, Miçiqana, Missuri, Oklaxomı, Şimali Karolina, Tenessi, Texas və Floridada məktəblərdə dərslər keçirilməyəcək.

Yuxarıda adıçəkilən Mərkəzin açıqlamasına görə, hazırkı epidemiya 2009-cu il pandemiyası ilə müqayisə oluna bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook