ABŞ-dan İrana növbəti sanksiya qərarı
Oktyabr 27
13:19
2017
ABŞ Konqresinin Təmsilçilər Məclisi İranın uzaqmənzilli ballistik raket proqramını hədəfləyən qanun layihəsini qəbul edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, prezident Donald Trampın 13 oktyabrda açıqladığı "Yeni İran Strategiyası" çərçivəsində səsverməyə çıxarılan qanun 423 səslə qəbul edilib. Qərar İranla imzalanmış nüvə müqaviləsinin əleyhinə olmamaq şərtilə əldə edilib.
İranın raket proqramına dəstək olan şəxs və qurumları hədəfləyən qanuna Respublikaçı deputatlar Ed Roys və Eliot Engel rəhbərlik edib. Trampın imzası ilə qərar qüvvəyə minəcək.
Qeyd edək ki, ABŞ dünən İranın dəstək verdiyi Hizbullah qüvvələrini hədəfə alan sanksiya paketini qəbul etmişdi.