SON XƏBƏR

ABŞ-dan Şoyqunun Donbasda hazırlanan təxribatla bağlı sözlərinə reaksiya

Dekabr 22
12:01 2021
Pentaqon bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Amerikanın özəl hərbi qurumlarının Donbas ərazisində kimyəvi maddələrlə təxribatlar hazırlaması ilə bağlı sözləri reallığa uyğun deyil.

Qaynarinfo xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib. "Rusiya naziri Şoyqunun bu cür bəyanatları qətiyyən həqiqətə uyğun deyil”, - o deyib.
 
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında çıxışı zamanı hərbi idarənin rəisi Şoyqu qeyd edib ki, hazırda Donbas ərazisində ABŞ-ın özəl hərbi şirkətlərinin 100-dən çox əməkdaşı var. Avdeevka və Krasnı Liman şəhərlərində təxribatlar planlaşdıran naməlum kimyəvi komponentlər artıq oraya çatdırılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook