SON XƏBƏR

ABŞ-dan Türkiyəyə viza güzəşti

Oktyabr 17
12:35 2017
Türkiyə vətəndaşlarına qeyri-miqrant vizaların verilməsini dayandıran ABŞ məsələ ilə bağlı yeni qərar qəbul edib.
 
"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, dünən alınan qərara əsasən, ABŞ səfirliyi tibbi və digər vacib insani vəziyyətlərdə Türkiyə vətəndaşlarına viza verəcək. 
 
Qeyd edək ki, ABŞ-ın İstanbuldakı konsulluğunun əməkdaşı Mətin Topuz FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək həbs edilmiş, ABŞ isə bu qərara etiraz olaraq Türkiyə vətəndaşlarına qeyri-miqrant vizaların verilməsini dayandırmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook