ABŞ-dan yeni şərtlər - "Krım Ukraynanın tərkibinə qayıdana qədər...”
Fevral 13
16:12
2019
"Krım Ukraynanın tərkibinə qayıdana qədər rəsmi Vaşinqton Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayacaq".
RİA "Novosti" xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Conatan Koen qurumun Təhlükəsizlik Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, ABŞ Krımın Rusiyaya birləşdirilməsini dəstəkləməyib və heç vaxt da dəstəkləməyəcək.
Minsk sazişinin dördilliyi ilə bağlı müzakirələr zamanı C.Koen rəsmi Moskvanı razılaşmanın şərtlərinə tam əməl etməyə çağırıb: "Məhz Rusiya münaqişəyə son qoymalıdır".
Diplomatın sözlərinə görə, Donbassda Rusiya hərbçiləri və silahları var.
Eyni zamanda, ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının rəhbəri Ərtoğrul Apakan isə missiyanın hesabatlarında ölkənin şərqində Rusiya qoşunlarının mövcudluğu barədə danışmağa imkan verməyən konkret faktların olduğunu bildirib.