SON XƏBƏR

ABŞ Əfqanıstanda İŞİD-dən qisas aldı

Avqust 28
11:22 2021
ABŞ ordusu Əfqanıstanın şərqindəki Nanqarxar əyalətində dronla bir yaraqlını məhv edib. 

Qaynarinfo xəbər verir ki. bu barədə ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi Uilyam Urban bildirib. Hücumun hədəfi İŞİD-in "Xorasan İslam Dövləti” qolunun terror hücumlarından məsul şəxsi olub. İlkin məlumata görə, o öldürülüb, lakin mülki əhali arasında ölən və ya yaralanan olması barədə heç bir məlumat yoxdur.

Cümə gününün əvvəlində ABŞ Prezidenti Co Bayden diplomatlar, ordu və milli təhlükəsizlik mütəxəssisləri ilə görüş keçirib. Orada dövlət başçısına Kabildə daha bir terror aktının baş vermə ehtimalı barədə məlumat verilib, eyni zamanda bildirilib ki, yerli hava limanının ərazisini qorumaq üçün mümkün olan hər şeyi ediblər. Görüşdə Amerika lideri "Xorasanda İŞİD” nümayəndələrinə qarşı əməliyyatların aparılması üçün Pentaqona razılıq verib.

Xatırladaq ki, avqustun 26 -da Kabul hava limanının binasının yaxınlığında, xarici vətəndaşların təxliyəsi zamanı bu təşkilatdan olan terrorçular tərəfindən partlayış törədilib. Son məlumatlara görə, iki yüzdən çox adam ölüb. Onlardan 13 -ü Amerika ordusunun hərbçisidir. Terror hadisəsindən sonra Bayden ABŞ-ın günahkarları tapıb məhv edəcəyinə söz verib. Əfqanıstanda hakimiyyəti ələ alan radikal "Taliban” hərəkatının nümayəndələri də hücumu təşkil edənləri məsuliyyətə cəlb edəcəklərinə söz veriblər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook