"ABŞ ərəb dünyasında nüfuzunu itirir" - Ekspert
Yanvar 16
03:57
2024
"Yaranmış vəziyyətdə ABŞ-ın Yaxın Şərqdə hərbi müstəvidə nüfuzu artsa da, siyasi nüfuzuna ciddi zərbə dəydi. Eyni zamanda, region əhalisi arasında "Hizbullah" və husilərin nüfuzu güclənir”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə "New York Times"da gedən məqaləni şərh edərkən deyib.
Ekspert bildirib ki, ABŞ və Böyük Britaniyanın Yaxın Şərqdə siyasi nüfuzunu müəyyən dərəcədə sual altına alır:
"Bu bomba zərbələrini bir çox ölkələr pisləyib. Uzun illərdir regionda gedən münaqişələrə qoşulmaqla Vaşinqtonun bölgə ölkələri arasında nüfuzu xeyli aşağı düşüb. Ərəb ölkələrinin mətbuatında ABŞ-ın yürütdüyü siyasət daha çox pislənilir. Düzdür, həmin zərbələr fonunda ABŞ-ın hərbi cəhətdən nüfuzu artır. Bu əsasda da ABŞ ərazidə özünün hərbi mövcudluğunu təsdiq etmək istəyir və ona da bu və ya digər dərəcədə nail olur".
İlqar Vəlizadə vurğulayıb ki, mövcud vəziyyətdə regionda Vaşinqtona müxalif olan qüvvələrin nüfuzu artır:
"Hətta hərbi birləşmələrin nüfuzu da arta bilər. Ərəb cəmiyyətləri Qəzzadakı prosesdən çox narahatdır. Birləşmiş Ştatların fəallığı isə ərəb insanını qıcıqlandırır. Qərbə qarşı çıxan qüvvələrin nüfuzu isə artır. Livan, Suriya, İraqda İranın dəstəklədiyi "Hizbullah"a qarşı nümayişlər olmur. Əhali İsrailin regionu bombalamasının qarşısının alınması üçün "Hizbullah"dan fəaliyyətini dayandırmasını tələb etmir. Əksinə, "Hizbullah" və husiləri daha çox dəstəkləməyə başlayıblar".
Qeyd edək ki, "New York Times" qəzeti son məqaləsində ABŞ və Böyük Britaniyanın Yəməndə husilərə qarşı zərbələri fonunda Vaşinqtonun Yaxın Şərqdəki müxaliflərinin nüfuzunun artdığını bildirib.