ABŞ generalı Rusiyanın NATO təlimlərinə maneə törətməsindən şikayətlənib
Sentyabr 23
11:21
2019
ABŞ generalı Ben Hodces Rusiyanı Qara dənizdə keçirilən NATO təlimlərinə mane olmaqda ittiham edib.
SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, onun iddiasına görə alyans təlimlərin keçirildiyi yerin adını elan edən kimi Rusiya dərhal bura keçidləri bağlayır.
General bu vəziyyətlə bağlı narahatlıq keçirdiklərini və bunun bir təsadüf olmadığını bildirib.
Hodces qeyd edib ki, ittifaqın naviqasiya azadlığını təmin edə bilməsi üçün bu təlimlərin keçirilməsinə ehtiyac var.