ABŞ Gürcüstanda "xarici agentlər" haqqında qanunun müəlliflərinə sanksiya tətbiq edəcək
May 20
13:59
2024
ABŞ "demokratiyanı qorumaq məqsədilə" Gürcüstan rəsmilərinə sanksiya tətbiq edə bilər.
"Gürcüstanın Rusiya tipli "xarici agentlər” qanununun irəli sürülməsinə cavabdeh olan məmurlar ABŞ Konqresinə təqdim ediləcək yeni qanun layihəsinə əsasən aktivlərin dondurulması və səyahət qadağaları ilə üzləşə bilər",- məlumatda bildirilib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Bildirilib ki, nəşrin gördüyü qanun layihəsinə əsasən hakim "Gürcü Arzusu" partiyasından olan deputatlara, hüquq mühafizə orqanlarının zabitlərinə, həmçinin Rusiyanın ölkədəki mümkün agentlərinə qarşı sanksiya tətbiq edilə bilər.
Qeyd olunub ki, qanun layihəsi bu gün Cənubi Karolina ştatından olan respublikaçı nümayəndə Co Uiolson tərəfindən Konqresə təqdim ediləcək.