SON XƏBƏR

ABŞ HHQ sistemləri Kabul hava limanına atılan raketləri havada tutdu

Avqust 30
12:27 2021
Amerika Hava Hücumundan Müdafiə Sistemləri Kabul hava limanına atılan ən azı beş raketi zərərsizləşdirib. 

Qaynarinfo bu haqda məlumatı Reuters-ə istinadla verir. İlkin məlumata görə, tam aydın olmasa da, ümumilikdə 5 raket atılıb. Hazırda onların hamısının vurulub-vurulmadığı tam aydın deyil.

ABŞ rəsmisi agentliyə verdiyi məlumatda əldə olan bilgilərə görə, hələ ki, ABŞ tərəfində itki olmadığını, ancaq hər şeyin dəyişə biləcəyini deyib.
30 avqust səhər AFP agentliyinin jurnalistləri Əfqanıstanın paytaxtı üzərində uçan raketlərin səslərinin eşidildiyini söyləyiblər.

Mərmilərin düşmə yerinin hələ də məlum olmadığı deyilir. Hadisənin digər təfərrüatları isə açıqlanmır.

Xatırladaq ki, bazar günü ABŞ hərbçiləri drondan vuraraq yaraqlıların terror aktı törətmək üçün istifadə etmək istədikləri bir avtomobili partladıblar. Nəticədə iki maşın və bir yaşayış binası qismən dağılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook