ABŞ Hizbullah liderinin yerini deyənə 10 milyon dollar verəcək
Aprel 11
11:59
2020
ABŞ Dövlət Departamenti Hizbullah qruplaşmasının maliyyələşməsindən məsul olan lideri Məhəmməd Kavtaraninin yeri barədə məlumat verən şəxsə 10 milyon mükafat veriləcəyini açıqlayıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada Kavtaraninin Hizbullahın İraq qanadındakı qüvvələri idarə etdiyi və general Qasım Süleymaninin öldürülməsindən sonra İrana bağlı qruplaşmalarla əlaqə yaratdığı bildirilib.
"İraq hökumətinin nəzarətindən kənar fəaliyyət göstərən Kavtarani dinc etirazları şiddətlə boğan, xarici diplomatin nümayəndəliklərə hücum edən və geniş miqyaslı mütəşəkkil cinayətkarlıq fəaliyyətləri ilə məşğul olan qrupların işini asanlaşdırır. Eyni zamanda Hizbullah Siyasi Şurasının üzvü olan Kavtarani qruplaşmanın İraqdakı şiə üsyançı qruplarına təlim, maliyyə, siyasi və logistika dəstəyi təmin edir".
Hizbullah liderinin yeri ilə yanaşı maliyyə qanadının çökdürülməsi ilə bağlı yararlı məlumat verənlərə də mükafat veriləcəyi elan edilib.
Qeyd edək ki, Kavtaraninin adı 2013-cü ildən ABŞ-ın qlobal terrorçular siyahısındadır.