ABŞ-ın yeni sanksiyalar paketi Rusiyanı SWIFT-dən ayıra bilər
Dekabr 07
04:01
2021
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları "Putinin ətrafına” və enerji şirkətlərinə təsir göstərə, həmçinin Rusiyanı SWIFT-dən ayıra bilər.
Bu barədə "Report” "CNN”ə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin məlumatına görə, hazırda rəsmilər Rusiya prezidenti Vladimir Putini Ukraynaya müdaxilədən çəkindirmək üçün nəzərdə tutulan Rusiyaya qarşı geniş spektrli sanksiyaları nəzərdən keçirirlər. Buraya Rusiyanın bütün dünya banklarının istifadə etdiyi SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması da daxildir.