"ABŞ Çinlə münaqişə etmək istəmir" - Entoni Blinken
İyun 19
16:57
2023
"ABŞ hakimiyyəti Tayvanın müstəqilliyini dəstəkləmir".
Qaynarinfo xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Çin prezidenti Si Szinpinlə görüşdə deyib.
Blinken Pekin ilə əlaqələrin davam etdiriləcəyinə ümid etdiyini bildirib. "Birləşmiş Ştatlar Tayvanın müstəqilliyini dəstəkləmir və Çinlə münaqişəyə girmək niyyətində deyil" deyə dövlət katibi bildirib.
Entoni Blinken əlavə edib ki, o, Vaşinqton və Pekin arasında fikir ayrılıqlarının həllinə, həmçinin dialoq və əməkdaşlıq istəyinə ümid edir.
Si Szipin isə deyib ki, Çin ABŞ-ın maraqlarına hörmət edir və onlara "meydan oxumayacaq”. Eyni zamanda, o, ABŞ hakimiyyətini "Çinə hörmət etməyə və Çinin qanuni hüquq və maraqlarına xələl gətirməməyə” çağırıb. Onun fikrincə, tərəflərdən heç biri digərini yenidən düzəltməyə və ya onu inkişaf hüququndan məhrum etməyə çalışmamalıdır.
Qeyd edək ki, Blinken ötən gün, iyunun 18-də iki günlük səfərlə Çinə gəlib. O, 2018-ci ildən bəri Çinə səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi olub. Onunla görüşdə Çinin xarici işlər naziri Tsin Qan bildirib ki, ABŞ və Çin arasında münasibətlər qurulandan bəri ən aşağı səviyyədədir. ABŞ Dövlət Departamenti danışıqları "konstruktiv, hərtərəfli və səmimi” adlandırıb.