ABŞ “Iran Air” aviaşirkətini sanksiyalar siyahısına əlavə edib
Sentyabr 11
07:37
2024
ABŞ İran İslam Respublikasının "Iran Air” aviaşirkətini sanksiyalar siyahısına əlavə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.
Şirkətə qarşı yeni məhdudiyyətlər onun Rusiya ilə əlaqələri, eləcə də silahların daşınması ilə bağlıdır.
Bundan əvvəl Almaniya, Fransa və Böyük Britaniyanın da İran Hava Yollarına qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğu bildirilirdi.
ABŞ Maliyyə Nazirliyi İranın bir sıra digər İran fiziki və hüquqi şəxslərinə qarşı da məhdudiyyətlər elan edib.