ABŞ İranla əməkdaşlıq edən ölkələri hədələdi
Sentyabr 15
11:04
2018
ABŞ-ın Tehrana qarşı sanksiyalarının qüvvəyə minməsi bütün ölkələr üçün İranla iqtisadi tərəfdaşlığı köklü şəkildə dəyişəcək.
TASS xəbər verir ki, bunu brifinqdə ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib.
İranın bank sektoru ilə əməkdaşlıq edəcəyi təqdirdə SWIFT ödəniş sisteminin rəhbərliyinə qarşı sanksiyaların tətbiq edilib-edilməyəcəyinə gəldikdə isə Pompeo bu məsələ ilə bağlı konkret qərardan xəbərsiz olduğunu desə də, noyabrın 1-dək hələ bir sıra qərarların qəbul ediləcəyini vurğulayıb.
Dövlət katibi qeyd edib ki, artıq bəzi ölkələr İranla iqtisadi əməkdaşlığı dayandırır. Onun sözlərinə görə, son tarix 4 noyabrdır.
Pompeo həmçinin sabiq dövlət katibi Con Kerrini İran hakimiyyəti ilə əlaqələrinə görə tənqid edib: "Sabiq dövlət katibi dünyada terrorizmin ən böyük sponsoru ilə tərəfdaşlıq edir. ABŞ-ın tarixində belə presedent olmayıb. Kerri özünü bu cür aparmamalıdır”.