SON XƏBƏR

ABŞ-İsrail hərbi təlimlərinə 140 təyyarə və 12 gəmi cəlb olunacaq

Yanvar 25
10:44 2023
ABŞ və İsrailin "Juniper Oak 2023” hərbi təlimləri bu il iki ölkə arasında ən böyük birgə manevr olacaq, onlara 140 təyyarə və 12 gəmi, həmçinin HIMARS MLRS reaktiv yaylım atəşi sistemləri cəlb olunacaq.

"Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder deyib.

"Bu, bizim birlikdə iştirak etdiyimiz ən böyük və ən əhəmiyyətli təlimdir, ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyinin sarsılmaz, davamlı olduğunu nümayiş etdirmək üçün nəzərdə tutulub", - o deyib.

"Həftə ərzində 140 təyyarə, 12 gəmi, HIMARS çoxsaylı buraxılış raket sistemləri cəlb olunacaq", - ABŞ hərbi qurumunun nümayəndəsi vurğulayıb.

Rayderdən bu təlimin ABŞ-ın İranın nüvə proqramı ilə bağlı mövqeyində hər hansı dəyişikliyi göstərib-göstərmədiyini soruşulub. "Onların məqsədi hər hansı bir düşmənə və ya təhlükəyə yönəlmək deyil, söhbət birlikdə işləməkdən gedir", - Pentaqonun sözçüsü cavab verib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook