ABŞ İsrail və HƏMAS arasında atəşkəs sazişindəki maddənin yeni mətnini təklif edib
İyun 29
10:28
2024
ABŞ Prezidenti administrasiyası İsrail və Fələstinin HƏMAS hərəkatı arasında fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə Qəzza zolağına dair təklif olunan atəşkəs və girovların mübadiləsi ilə bağlı maddələrindən birinin yeni mətni ilə çıxış edib.
Məlumata görə, yeni mətn üzərində iş danışıqlarda vasitəçi olan Qətər və Misirlə birgə aparılıb.
APA xəbər verir ki, bu barədə "Axios” portalı mənbələrə istinadən məlumat yayıb.