"ABŞ itaətkar Türkiyəni geri qaytarmaq istəyir... Ərdoğansa dikbaşlıq edir" (RƏYLƏR)
Oktyabr 09
16:28
2019
"ABŞ-ın məqsədi odur ki, həmişəki kimi, itaətkar Türkiyə onların xidmətində dayansın və NATO üzvü kimi öz öhdəliklərini yerinə yetirsin. Türkiyə isə özünü dikbaş aparır".
Bu sözləri Qaynarinfo-ya politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli Donald Trampın Türkiyəyə qarşı apardığı ikili, anlaşılmaz münasibəti şərh edərkən bildirib.
ABŞ Prezidenti Donald Trampın bir tərəfdən Türkiyəni tərfiləyib, Rəcəb Tayyib Ərdoğanı öyərək görüşə dəvət etməsini, əməliyyat aparılacaq bölgədən əsgərlərini çıxarmasını, digər tərəfdən isə PKK/YPG-nin həmin bölgədə qalmasını, türk hərbi təyyarələrinin uçuşunu yasaqlamasını, həmçinin Türkiyənin iqtisadi məsələlərlə təhdid etməsini şərh edən Qabil Hüseynli iki ölkə arasında əlaqələrin korlanmasına səbəb olan amilləri belə izah edib:
"ABŞ-ın məqsədi odur ki, Türkiyə həmişəki kimi NATO üzvü olaraq öz öhdəliklərini yerinə yetirsin. Türkiyə isə özünü dikbaş aparır. İndiki halda mən Türkiyəyə tam bəraət qazandırıram. Çünki Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etmək, həm də ərazisində olan 3,5 milyon qaçqını yerbəyer etməyə çalışır. Təhlükəsiz "tampon bölgə" yaratmaq məqsədi ilə şimaldan Suriya ərazisinə daxil olmaq istəyir. Digər məqsədini də gizlətmir. Türkiyənin digər məqsədlərindən biri PKK/YPG kürd terrorçularını silahsızlaşdırmaq, sıradan çıxarmaqdır. ABŞ-ın bu cür hərəkət etməsini mən səmimi qəbul etmirəm. Bəzi məsələlərdə Türkiyənin də ABŞ münasibətlərində səmimi hərəkət etmədiyini hiss edirik. Çünki Rusiya və İranla olan münasibətlər, "Astana-prosesi", Rusiyadan S-400 tipli hava müdafiəsi sistemlərinin alınması, NATO ilə ziddiyət təşkil edən hərəkətlərə yol verilməsi ABŞ-Türkiyə münasibətlərini korlayan məsələlərdəndir. Güman edirəm ki, bu məsələlər həm ABŞ-Türkiyə, həm də NATO ilə münasibətlərə kölgə salmaqda davam edir. Ona görə də bu mürəkkəb məsələdən Türkiyənin necə çıxacağı barədə bir şey deməyə çətinlik çəkirəm. Çünki qonşu dövlətlər də Suriya ərazisinə daxil olmağa iddia edirlər. Amma Türkiyənin başqa yolu yoxdur, bu addımı atmalı, özü üçün təhlükəsiz zona yaratmalıdır".
Politoloq Arzu Nağıyev isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Türkiyə Rusiyaya yaxınlaşdığı müddətdə ABŞ tərəfindən təzyiqlərə məruz qalacaq:
"Düşünürəm ki, xarici siyasətdə hər hansı dostluq-qardaşlıqdan söhbət gedə bilməz. Məlum məsələdir ki, cənab Tramp nə desə də, ABŞ ilə Türkiyə tərəfdaş olan dövlətlərdir, hərbi blokda NATO-nun üzvüdürlər. Burada əsas məsələ Türkiyənin Rusiya ilə yaxınlaşması ilə bağlıdır. Türkiyə Rusiya ilə yaxınlaşdıqca, ABŞ onlara qarşı istər siyasi, istər iqtisadi, istər hərbi, istərsə də digər istiqamətdə təhdid və təzyiqlər göstərəcəkdir. Bundan başqa, Suriyada Türkiyənin keçirmək istədiyi anti-terror əməliyyatlarda ABŞ Suriyanın şimalında yerləşən öz qoşunlarının çıxarılması və ümumiyyətlə orada Türkiyəni dəstəkləməyəcəyi barədə məlumatlar verdi. Burada da Rusiya Türkiyə vasitəsi ilə tədbirlər keçirərək, demək olar ki, Suriyanın əsas nöqtələrini tutmaqla öz əlində saxlamağa çalışır. Yəni, Rusiya-Türkiyə münasibəti həm hərbi, həm də digər istiqamətdən yaxınlaşdıqca, təzyiqlər olacaq.
Bildiyimiz kimi, dəfələrlə Türkiyə Fətüllah Gülənin verilməsi üçün müraciət etsə də, ABŞ bundan imtina etdi. Lakin müəyyən təzyiqlərdən sonra rahib Endryu Bransonu onlar aldılar. Daha sonra lirənin məzənnəsinin dəyişməsində düşünürəm ki, ABŞ-ın böyük rolu oldu. S-400 tipli hava müdafiəsi sistemi alınanda ABŞ tərəfindən dəfələrlə Türkiyəyə xəbərdarlıq olundu ki, NATO-nun üzvü olaraq bu addımlar atılmasın. Söhbət münasibətlərdən yox, iki dövlətin ümumi maraqlarından gedir. NATO üzvü olaraq Türkiyə Rusiyaya yaxınlaşdıqca, bu addımlar atılacaq. Trampın dünənki bəyanatından məlumdur ki, iqtisadi tərəfdən sizə təzyiqlər göstərəcəyik, NATO-dan çıxarmaqla bağlı qorxutmaq üçün senatorun da çıxışları oldu. Bunlara baxmayaraq, düşünmürəm ki, nə NATO ilə bağlı qərarları ABŞ verir, nə də Türkiyə NATO-dan çıxması ilə bağlı özü sərbəst addım ata bilər. Əsas məsələlə dövlətlərin maraqlarıdır. İstər "Orta Doğu" layihəsi ilə bağlı, istər İranla, istər Türkiyə-Rusiya münasibətləri ilə bağlı... Burada şəxsi münasibətlər dövlətlərin çəkişən maraqlarından, hərbi cəhətdən, qeyd etdiyim kimi, Suriya əməliyyatları, Rusiya ilə birgə keçirilən tədbirlər, S-400 raketləri, F-35 qırıcıları və s. məsələlərdən sonradır. Əsas məqam budur".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ankaranın "icazə verilənlər çərçivəsindən kənara çıxacağı” təqdirdə "Türkiyə iqtisadiyyatını məhv edəcəyi” ilə hədələyib. ABŞ liderinin "Twitter” hesabında yazıb: "Əvvəl də qəti şəkildə söyləmişdim və indi də bunu təkrarlayıram. Əgər Türkiyə, sərhədləri keçəcək bir addım atsa, o zaman, əvvəllər də olduğu kimi, Türkiyə iqtisadiyyatını tamamilə məhv edəcəm... ABŞ gözləniləndən çox iş gördü, o cümlədən İŞİD xilafətini 100 faiz məğlub etdi. İndi bölgədəki digərlərinin, böyük imkanlara sahib olan bəzilərinin öz ərazilərini müdafiə etmələrinin vaxtı gəldi”.
Ərdoğan isə öz növbəsindən bildirib ki, Suriyanın şimalında, Fəratın şərqində Türkiyənin aparacağı əməliyyatın məqsədi Suriya ilə Türkiyə arasındakı sərhədi PKK/YPG qüvvələrindən təmizləmək, orada təhlükəsizlik zonası yaratmaq və Türkiyədəki suriyalı qaçqınları oraya yerləşdirməkdir.