SON XƏBƏR

ABŞ kəşfiyyatı Konqresdən 81 milyard dollar istəyir

Mart 01
10:47 2018
ABŞ-ın kəşfiyyat qurumu 2019-cu maliyyə ili üçün Konqresdən 59,9 milyard dollar istəyib

Bu barədə TASS agentliyi kəşfiyyatın rəhbəri Deniel Koutsa istinadən məlumat yayıb. O qeyd edib ki, ümumi məbləğə xarici əməliyyatların keçirilməsi də daxildir.

Məbləğin hansı əməliyyatlara və nəyə xərclənəcəyi açıqlanmır. Qanunvericiliyə görə, kəşfiyyat idarəsi xərclər haqqında ətraflı məlumat verməmək hüququna malikdir.Bu məbləğə Müdafiə Nazirliyinin kəşfiyyatı üçün nəzərdə tutulan vəsait daxil deyil. 

Pentaqon öz kəşfiyyatına Konqresdən 21,1 milyard dollar ayrılmasını xahiş edib. Beləliklə, ABŞ kəşfiyyatına 2019-cu ildə 81,1 milyard dollar lazım olacaq. Bu məbləğ 2017-ci ildə 73 milyard dollar olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook