SON XƏBƏR

ABŞ kəşfiyyatından Kremlə hücumla bağlı: “Zelenskinin, bəlkə də, bundan xəbəri yox idi”

May 26
11:04 2023
"Moskvada Kremlə dron hücumunu Ukraynanın xüsusi hərbçiləri və ya kəşfiyyat bölmələri təşkil edib”.

Bu barədə "The New York Times” nəşri ABŞ kəşfiyyat orqanlarının məlumatlarına istinadən yazıb.

Eyni zamanda nəşr qeyd edib ki, ABŞ hücumun hansı bölmə tərəfindən təşkil edilmiş ola biləcəyi ilə bağlı dəqiq məlumata sahib deyil. Həmçinin Prezident Volodimir Zelenskinin bundan xəbəri olub-olmadığı da məlum deyil.

Amerika kəşfiyyat xidmətləri həm Rusiya, həm də Ukrayna rəsmilərinin bu hücumla bağlı mesajlarını ələ keçirdikdən və bu məlumatları təhlil etdikdən sonra belə qənaətə gəliblər. Belə ki, mesajlarda həm Rusiya, həm də Ukrayna rəsmiləri hücumda Ukraynanın iştirakı ilə bağlı müzakirələr aparıblar. Lakin Amerika kəşfiyyatında bu barədə konkret dəlillər yoxdur.

Xatırladaq ki, mayın 3-də Kremlə dronla hücum cəhdi olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook